“Facebook” və “YouTube”a giriş bağlandı
Bizi izləyin

Texnoloji

“Facebook” və “YouTube”a giriş bağlandı

Tacikistanda internet-provayderlər “Facebook” sosial şəbəkəsi və “YouTube” video paylaşım saytına girişi yenidən bağlayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, qadağa Tacikistan hökuməti yanında Rabitə Xidmətinin qərarı ilə bağlıdır.

“Biz “Facebook” və “YouTube” saytlarına girişin bağlanılması haqqında Rabitə Xidmətinin qərarını yerinə yetiririk. Qərarın verilməsinin səbəbini bizə izah etməyiblər”, - anonimliyin saxlanılmasını istəyən internet-provayderlərdən birinin nümayəndəsi deyib.

Rabitə Xidməti sözügedən saytlara girişin bağlanılmasında öz iştirakını inkar edib. Yaranan problem “profilaktik işlər” və ya “kabellərin sıradan çıxması” ilə izah edilib.

Hakimiyyət sonuncu dəfə 9 iyun tarixində “Vkontakte” və “Odnoklassniki” saytlarına girişi bağlayıb. ATƏT Tacikistan hakimiyyətini dəfələlərlə məhkəmənin qərarı olmadan saytların bağlanılması təcrübəsindən imtina etməyə çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm