Texnoloji
Sosial şəbəkədə bunları etmək təhlükəlidir - XƏBƏRDARLIQ
Əla ünsiyyət vasitəsi olan sosial şəbəkələrdən insanlar şəxsi həyatlarını başqalarına nümayiş etdirmək üçün də yararlanırlar. Yəqin ki siz həyatınızın hansısa məqamını dostlarınızla sosial şəbəkələrdə paylaşırsınız. Lakin elə məlumatlar var ki, onların sosial şəbəkələrdə yerləşdirilməsi heç də məqbul sayılmır..
Publika.az sosial şəbəkələrdə bu informasiyaların sirr kimi saxlanmasını tövsiyə edir:
Telefon nömrələri
Sosial şəbəkələrdə telefon nömrəsi qoymaq heç də yaxşı fikir deyil. Əks halda dələduzlar, səhifəni ələ keçirmək istəyənlər üçün əlverişli şərait yaratmış olursunuz. Nömrənizi qoysanız belə, onu hamının görməməsi üçün gizli saxlayın. Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Reza Moacandin nömrənin sosial şəbəkədə qoyulması haqda maraqlı bir təcrübə həyata keçirib: o, ABŞ, Böyük Britaniya və Kanadada istənilən nömrəni generasiya edə bilən xüsusi proqram yazdırıb. Həmin nömrələri “Facebook”-a daxil etməklə milyonlarla insanın şəxsi hesabını ələ keçirib. Əlbəttə ki, Reza yalnız gizli saxlanmayan nömrə sahiblərinin hesabına daxil ola bilmişdi. Bəlkə də onun yerinə başqa biri olsaydı, həmin səhifədəki informasiyaları qara bazarda hakerlərə satardı.
Ev ünvanı
Əgər siz istirahət və ya alış-veriş zamanı çəkdirdiyiniz fotoları internetdə yerləşdirmisinizsə, çox böyük riskə gedirsiniz. Ev ünvanınız hər hansı bir dələduzun əlinə düşə bilər. Bununla həyatınızı təhlükəyə atmış olursunuz.
İşlə bağlı xəbərlər
İşinizlə bağlı hər hansı bir məlumatı sosial şəbəkədə paylaşmayın. Sizi gözü götürməyən iş yoldaşlarınızdan biri yazını görə bilər. Bu da sizə “başağrısı” yaradar. Bundan əlavə, haker sizin hesabınızı sındıraraq rəhbərliyin ünvanına yazdığınız xoşagəlməz məlumatları oxuya bilər. Bu zaman bütün dəlil-sübutlar sizin əleyhinizə çevrilər. Yaxşısı budur ki, işlə bağlı yazdığınız bütün sözləri yazışma bitən kimi silin.
Münasibətlər haqda status
Sosial şəbəkədə münasibətləriniz haqda status da sizin əleyhinizə çevrilə bilər. İş ondadır ki, sosial şəbəkələrdə romantik münasibətlərlə başlayan dələduzluq baş alıb gedir. Romantik yazışmadan sonra fırıldaqçı şəxs həmin məlumatları sizə qarşı yönəldə bilər. Pul qopartmaq üçün fırıldaqçı sizi yazışmalarla hədələməyə başlaya bilər. Belə vəziyyətə düşmək istəmirsinizsə, münasibətlər haqda bir kəlmə də yazmayın.
Pul rekvizitləri
Bir çox sosial şəbəkələr kredit kartının nömrəsini istəyə bilər. Buraya onlayn oyunlar və ya alış-veriş saytları da daxildir. Diqqət! Sizin hesabınız hər zaman ələ keçirilə bilər. Nəticədə, kredit kartınızdan pullar naməlum istiqamətdə axa və hesabınız boşaldıla bilər. Ən pisi isə odur ki, siz itirdiyiniz pulları bir daha geri qaytara bilməyəcəksiniz.
Nura
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR