“Whatsapp”dan “sürətli mesaj” yeniliyi
Bizi izləyin

Texnoloji

“Whatsapp”dan “sürətli mesaj” yeniliyi

“Whatsapp” istifadəçilər üçün daha bir yeniliyi istifadəyə verir.

Publika.az xəbər verir ki, iOS 9.1 yenilənməsini tətbiq edənlər “sürətli mesaj” imkanından faydalana biləcək.

Bundan sonra, “Whatsapp”a gələn mesajı oxumaq üçün ora daxil olmağa ehtiyac qalmayacaq. Ekran şifrəli olsa belə, istifadəçi gələn mesajı oxuyub cavab verə biləcək.

Bunun üçün iOS 9.1 yeniləməsini yükləmək və “Whatsapp”ın son versiyasından istifadə etmək lazımdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm