Texnoloji
Bakcell fövqəladə hallar barədə SMS xəbərdarlıq xidmətini təqdim edir (R)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə SMS (qısa mesaj) xəbərdarlıq sisteminin yaradılmasını elan edir.
Fövqəladə halların əhalinin təhlükəsizliyinə göstərdiyi təsirin azaldılmasına yönəlmiş bu layihə Azərbaycanda ilk dəfə Bakcell tərəfindən həyata keçirilir. Təbii fəlakətlər insanların həyat və sağlamlığına zərər vurur, yaşayış obkeytlərini, qaz və elektrik sistemlərini sıradan çıxarır. Bu baxımdan sosial məsuliyyətli şirkət olaraq, köməyə ən çox ehtiyac duyduqları zaman öz müştərilərinə dəstək olmaq Bakcell üçün çox əhəmiyyətli məsələdir.
Yeni xəbərdarlıq sistemi FHN-nə SMS vasitəsilə müvafiq bölgənin sakinlərini təbii fəlakət və ya fövqəladə hallar barədə dərhal məlumatlandırmaq, əhaliyə isə hər hansı ciddi təhlükə ilə bağlı məlumatı vaxtında alıb daha cəld reaksiya vermək imkanı yaradır.
Bu xidmət sayəsində fövqəladə hal zonasında olan Bakcell müştərilərinə təhlükə ilə bağlı dərhal SMS göndəriləcək. Bunun üçün telefonda heç bir xidmətin aktivləşdirilməsinə və ya SMS-i almaq üçün xidmət haqqının ödənilməsinə ehtiyac yoxdur. Xidmət yerli bazarda istifadə olunan bütün telefon modelləri üçün nəzərdə tutulub.
“Bakcell”in təqdim etdiyi bu xidmət Azərbaycanda yer və vaxt əsasında çalışan ilk SMS xəbərdarlıq xidmətidir.
Təbii fəlakət və fövqəladə hallar üzrə SMS xəbərdarlıq sistemi həm əlaqədar qurumlara, həm də əhaliyə eyni vaxtda eyni SMS xəbərdalığını göndərməklə müvafiq tədbirlərin planlaşdırılmasına kömək edəcək. Sistem FHN-dən fövqəladə vəziyyət barədə məlumatı aldıqdan sonra SMS xəbərdarlığını demək olar ki, dərhal göndərmək imkanına malikdir.
“Bugün dünyada geniş yayılmış SMS xəbərdarlıq sistemləri ölkələr tərəfindən əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunur. “Bakcell”in təqdim etdiyi bu xidmət təbii fəlakət və digər fövqəladə vəziyyətlərin yaratdığı problemlərin həllində müvafiq qurumlara və yerli əhaliyə kömək edəcək.
Bu sistem fövqəladə vəziyyət zamanı koordinasiya və ictimaiyyətin məlumatlandırılması üçün olduqca effektiv vasitədir. Biz böyük məmnuniyyətlə dövlət qurumları ilə birlikdə təbii fəlakətlərə hazırlıq proqramının hazırlanması istiqamətində iş aparırıq və baş verə biləcək fövqəladə hadisə zamanı abunəçilərimizin əlaqələrinin itməməsini təmin etməyə hazırıq”, deyə Bakcell şirkətinin baş texniki direktoru cənab Yiğit Berktaş bildirib.
Bakcell şirkəti bildirir ki, SMS xəbərdarlıq sistemi uğurla sınaqdan keçirilib və istifadəyə tam hazırdır.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı