Obama və Mark Zukerberqin 1 milyon azərbaycanlını maraqlandıran - Qərarı
Bizi izləyin

Texnoloji

Obama və Mark Zukerberqin 1 milyon azərbaycanlını maraqlandıran - Qərarı

Obama və Mark Zukerberqin 1 milyon azərbaycanlını maraqlandıran - Qərarı

ABŞ prezidenti Barak Obama özəl hüquqlar və hökumətin izləmə proqramı ilə bağlı narahat doğuran məsələləri müzakirə etmək üçün böyük internet şirkətləri və sosial şəbəkələrin rəhbərləri ilə görüş keçirib.

Publika.Az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Ağ Ev rəsmiləri cənab Obamanın altı internet və texnoloji şirkətin rəhbəri, o cümlədən, Google axtarış şirkətinin prezidenti Erik Şmidt və «Feysbuk» şirkətinin icraçı direktoru Mark Zukerberqlə görüşdüyü haqda məlumat verib.

Ağ Evin açıqladığı bəyanatda prezidentin administrasiyanın insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə imkanlardan istifadə edildiyi halda, onların özəl hüquqlarının müdafiə edilməsi üçün mümkün bütün addımların atılacağı ilə bağlı mövqeyini bir daha təkrar edib.

Şirkət rəhbərləri görüşdən sonra açıqlama verməyib. Lakin keçən həftə Mark Zukerberq «Feysbuk» səhifəsində hökumətin izləmə proqramı ilə bağlı narazılığını bildirmək üçün prezident Obamaya zəng etdiyini yazmışdı.

Yanvar ayında prezident Obama Milli Təhlükəsizlik Agentliyinin kəşfiyyat məlumatlarını toplaması ilə bağlı islahatları açıqlamışdı. Buraya agentlyiin dünya üzrə kommunikasiyalar və xarici ölkə liderlərinin birbaşa izlənməsi ilə əlaqədar bir sıra dəyişikliklər daxil edilib.

Xatırladaq ki, “Feysbuk” şəbəkəsindən 1 milyondan çox Azərbaycan vətəndaçının istifadə etdiyi bildirilir.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm