Texnoloji
Ucuz günəş batareyaları sorağında - Video
Hazırda istifadə olunan günəş batareyaları silikondan hazırlanır və onların istehsalı mürəkkəb cihazların və təcrübəli mütəxəssislərin köməyindən istifadə olunur. Orta hesabla Birləşmiş Ştatlarda hər evin bir gündə 20 ilə 24 arası kilovat enerjiyə ehtiyacı var. Bu miqdar enerjini günəş batareyalarından əldə etmək üçün 20000 ABŞ dolları investisiya etmək lazımdır. Bu çox bahadır və çoxları buna imkanı yoxdur(Amerikanın səsi).
Ancaq Harvard Təmiz Enerji lahiyəsinin bir qrup araşdırmaçısı
maliyyə dəyərini azaldacaq ucuz, karbon tərkibli günəş batareyaları
ixtira ediblər. Lahiyəyə başçılıq edən Alan Aspuru Amerikanın
Səsinə müsahibəsində deyir ki, tərkibində karbon olan günəş
batareyaları uğurlu olmaları üçün 10 faiz səmərəli nəticə
göstərməlidir.
Bu o deməkdir ki, cihazın qəbul etdiyi 10 faiz günəş işığı
elektrikə çevrilir. Burada təxminən üç, dörd və ya beş – bizim
bildiyimiz bir ovuc molekul var ki, bu nəticəni verir. Bu keçən il
və ya iki il əvvəl ixtira olunub, deyə Alan Aspuru bildirir.
Aspuru deyir ki, hazırda istifadə olunan silikondan hazırlanmış
günəş batareyaları sadəcə 15 faiz səmərəli nəticə göstərir. Əlbəttə
ki, daha səmərəli nəticə göstərən günəş bataryaları var, ancaq
onlar çox bahalı olduğu üçün ümumən peyklərdə istifadə olunur.
Ancaq karbondan hazırlanmış bataryalar ucuz olmasına baxmayaraq çox
yer tutur.
Araşdırmaçılar hazırda 2.3 milyon karbon birləşməsindən 35000-də 10
faizdən çox faydalı malekul olduğunu kəşf edib.
Alan Aspuru: Bu o mənaya gəlmir ki, 35000 molekulun hamısı 10
faizdən çox səmərəli olacaq. Bunlar günəş batareyası üçün potensial
ola bilər. Sadəcə onlar üzərində daha çox araşdırma aparmaq
lazımdır.
Aspuru deyir ki, bu birləşmələri daha da incələmək üçün kompüter
gücünə ehtiyac var. Onun qrupu bu dəstəyi dünyanın hər yerindən
könüllülərin kompüter vaxtlarını virtual superkompyuter lahiyəsinə
ianə edərək əldə edir.
Alan Aspuru: Mənim lahiyəmi götürsək, IBM-in Dünya İctimayəti
şəbəkəsi lahiyəsi ilə əməkdaşlığımız, İBM-in informasiya bazasında
qeydiyyatda olan yüz minlərlə insanın bizim lahiyə də daxil olmaqla
bir çox digər lahiyədə iştirakına şərait yaradır.
Tədqiqatçılar ümid edir ki, onların kəşfləri yeniliklərə stimul
olacaq. Dünya boyu təcrübə laboratoryaları yeni maddələrin
tapılmasında bu kəşfdən faydalanacaq.
Nəticələr hələlik ümidvericidir. Təmiz Enerji Lahiyəsi DA2T adlanan yeni güclü yarımkeçirici kəşf edib. Bu elm dünyasında ikinci ən yaxşı yarımkeçiricidir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR