Texnoloji
Azercell “Svyaz-Ekspokomm-2014” sərgisində (R)
“Svyaz-Ekspokomm” – sərgisi on illiklər boyu Rusiya Federasiyası, MDB və Şərqi Avropa ölkələrinin telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən əlamətdar hadisədir.
Yeni avadanlıq, texnologiya və ya xidtmət təqdim etmək və yeni biznes əlaqələr üçün münbit məkan olan bu sərgi həmçinin müasir həyatın müxtəlif sahələrində innovativ və rabitə texnologiyalarının tətbiq imkanlarını nümayiş etdirir. 26 ölkədən 554 şirkəti birləşdirlən 26-cı “Svyaz-Ekspokomm” sərgisi 13-16 may tarixlərində keçirilir. Sərgi xidmət və texnologiyaların geniş spektrini nümayiş etdirir: telekommunikasiya texnologiyaları və şəbəkələr, informasiya infrastrukturu, rabitə operatorlarının xidməti, informasiya sistemləri, proqram təminatları və xidmətləri, informasiya və fiziki təhlükəsizlik üzrə həllər, istehlakçı alətləri, kontent, media, əyləncə, biznesə dəstək və xidmətlər.
Azərbaycanın mobil rabitə bazarının lider şirkəti olan Azercell Telekom Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi altında təmsil olunan nümayəndə heyəti tərkibində sərgidə ölkənin mobil rabitə bazarını təqdim edir. Azercell-in sərgidə nümayiş etdirdiyi yeniliklərdən biri M2M texnologiyası əsasında yaradılan xidmətlərdir. Sözügedən texnologiya müxtəlif məişət və sanaye sahələrində məlumatların toplanmasını və mobil rabitə vasitəsilə istifadəçiyə dərhal göndərilməsini mümkün edir. M2M texnologiyaları bank, nəqliyyat, təhlükəsizlik, neft-qaz sanayesi, kommunal xidmətlər və digər sahələrdə tətbiq olunur. Hal-hazırda Azərbaycanda M2M texnologiyası yalnız Azercell Telekom şirkəti tərəfindən təqdim olunur. Bununla bərabər şirkət ölkədə ilk dəfə tətbiq etdiyi digər yeniliyi - Asan İmza (mobil imza) xidmətini də nümayiş etdirir. Bu xidmət hər bir mobil abunəçiyə elektron xidmətlərdən yararlanmaq, elektron imzadan asanlıqla istifadə etmək imkanını yaradır. Azercell-in fəaliyyəti və yüksək texnologiyalar əsasında təqdim etdiyi xidmətlər sərgi iştirakçıları ilə bərabər, həmçinin Rusiya Federasiyanın dövlət nümayəndələri və iri özəl şirkətlərin də diqqətini cəlb etmişdir.
İnnovativ məhsullarla öz abunəçilərini daim sevindirən Azercell ölkəmizin inkişafını həmçinin Azərbaycandan kənarda, digər ölkələrdə də geniş təqdim etməyə davam edir.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO