• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Selfi” üçün smartfon istehsal olundu (FOTO)

“Selfi” üçün smartfon istehsal olundu (FOTO)

Yaponiyanın “Sony” şirkəti nümayiş etdirdiyi telefonu dünyanın ən yaxşı “selfi” smartfonu adlandırıb. “Xperia C3” smartfonu işıq diodu işıqlandırıcısı ilə ön genişbucaqlı 5 meqapiksellik kamera ilə təchiz edilib.

ANS PRESS-in məlumatına görə, “Sony Xperia C3” smartfonu HD təsvir ölçülü 5,5 düymlük IPS ekranı, 8 meqapiksellik əsas kamera, 1.2 QHs takt tezlikli dördnüvəli “Snapdragon Qualcomm” prosessoru və “Adreno 305” qrafikası, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaş, “microSD” slotu, “Bluetooth 4.0”, “NFC” və “Wi-Fi” modulları ilə təchiz olunub. “Xperia C3” smartfonunun SİM kartla həm bir, həm də iki slotla olan versiyaları satışa çıxarılacaq. Bu barədə “ICTnews" elektron xəbər xidməti yazıb.

Aparat 2500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib, danışıq rejimində avtonom iş vaxtı 24 saat, gözləmə rejimində isə 15 gün təşkil edir. “Sony Xperia C3” cihazının ölçüsü 156×79×7,6 mm edir, çəkisi 150 qramdır. “Android 4.4.2” quraşdırılıb.

Avqustda smartfonun satışlarına start veriləcək. Aparat əvvəlcə Çində, daha sonra başqa ölkələrdə əlçatan olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR