Telefon yastığın altında alışıb yandı
Bizi izləyin

Texnoloji

Telefon yastığın altında alışıb yandı

Amerikanın Texas ştatında baş verən hadisə hər kəsi təəccübləndirib. Məlumatlara görə, 12 yaşlı qız gecə yatdığı zaman telefonu yastığının altına qoyub.

Lakin yanıq qoxusu hiss edərək yuxudan oyanıb, yanan bir şey görmədiyi üçün yenidən yatıb. Səhərə yaxın oyandığı zaman otağında havanın ağırlaşdığını və içərinin tüstü ilə dolduğunu görüb. Valideynlərinə xəbər verən qız yenidən otağa qayıtdığı zaman yastığın altına qoyduğu telefonun əriyərək yandığını görüb.

Adı açıqlanmayan qızın ailəsi telefon şirkətini məhkəməyə verib. Şirkət rəhbərliyi isə telefonun istifadə kitabçasında hava olmayan yerdə yana biləcəyi haqda məlumat verdiklərini açıqlayıblar. Buna baxmayaraq, qızın valideynləri zərərin ödənilməsi üçün yenə məhkəməyə müraciət ediblər. Telefon şirkətinin rəhbərliyi isə azyaşlı qıza yataq dəsti və telefon hədiyyə edə biləcəklərini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm