Texnoloji
Kibercinayətkarlar əsasən hansı ölkədə yaşayır?
Dünya üzrə kibercinayətkarların sayı 100-ə yaxındır və onların əksəriyyəti rusdilli ölkələrdə yaşayır.
Publika.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Avropa Polisinin Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin rəhbəri bildirib. Troels Oerting deyib ki, hüquq-mühafizəçiləri sayca məhdud kompüter proqramçı qrupuna diqqət yetirməlidir.
"Bizə onların kim olduğu təqribən məlumdur. Onları zərərsizləşdirə bilsək yaradılmış sistem çökəcək”, - deyə Oerting əlavə edib.
O, kibercinayətkarların polisdən daha böyük resurslara malik olduğunu deyib: “Onlar hərislik və tamahkarlıqdan bu zərərli proqramları elə bir sürətlə hazırlayırlar ki, biz onları təqib etməkdə çətinlik çəkirik.”
Mərkəzin rəhbəri deyib ki, bu qrupu zərərsizləşdirmək üçün Ruiya ilə danışıqlar aparılır. Oerting bu yaxınlarda Moskvaya səfəri vaxtı 4 cinayət işinin müzakirə olunduğunu və cinayətkarların yaxalanacağına ümidvar olduğunu deyib.
Polis rəsmisi deyib ki, proqramçılar sınaqdan keçirdikləri virus proqramlarını xüsusi internet forumlarda satırlar. Bundan sonra zərərli proqramlar bütün dünyaya yayılır.
"Kibercınayətkar olmaq asandır. Bunun üçün mütəxəssis olmağa ehtiyac yoxdur çünki siz artıq hazır proqramları istifadə edirsiniz”, - Oerting deyib.
Onun sözlərinə görə adi istifadəçilər ehtiyatlı olmalıdırlar və sosial şəbəkə ilə emaillərdəki qeydlərinin qorunmasına fikir verməlidirlər. Əks təqdirdə bu məlumatları ələ keçirən kibercinayətkarlar böyük ziyan vura bilərlər.
Polis kibercinayətkarlığın yayılmasında internetin böyük rol oynadığını bildirib.
“Cinayətkarlar artıq bizim ölkələrə gəlmir. Onlar cinayətləri məsafədən törədir və buna görə mən onları tutmaq üçün adi üsullardan istifadə edə bilmirəm”, - Troels Oerting deyib.
O, üzləşdiyi əsas çətinliklər barədə danişarkən Edward Snowden-in açıqlamalarından sonra şifrələnmə təmayülünün yayılmasını kibercinayətkarlıqla mübarizə sahəsində əsas əngəllərdən biri kimi təsvir edib.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO