"Apple" bu il 39.3 milyon iPhone satıb
Bizi izləyin

Texnoloji

"Apple" bu il 39.3 milyon iPhone satıb

"Apple" şirkətinin maliyyə nəticələri açıqlanıb.

Publika.az xəbər verir ki, şirkət, dəqiq mənfəətini keçən ilin son rübünə görə 13.3% yüksəldib və keçən ilin eyni dövründəki nəticəsindən 1 milyard dollar daha çox mənfəət əldə edib.

“Apple”ın əldə etdiyi dəqiq mənfəət tam 8.5 milyard dollar olub. Yenə keçən ilin eyni dövrünə görə, gəlirlər 12 faiz artıb və 37.5 milyard dollardan, 42.1 milyard dollara çatıb.

“CEO”luq vəzifəsini öz üzərinə götürən Tim Cookun liderliyində də yaxşı nəticələr əldə etdiyini bildirən şirkət, son rübdə 39.3 milyon ədəd iPhone, 12.3 milyon iPad və 5.5 milyon ədəd Mac satıb.

“Apple”ın iPhone 6, iPhone 6 Plus, iPad Air 2 kimi yeni məhsullar, Apple Pay kimi yeni xidmətlər təqdim etdiyini nəzərə alınarsa gələn il şirkətin gəlirlərinin daha yüksək olacağı proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm