Rusiyada iPhone telefonlarının qiyməti qalxdı
Bizi izləyin

Texnoloji

Rusiyada iPhone telefonlarının qiyməti qalxdı

ABŞ-ın Apple şirkəti Rusiyada online Apple Store mağazasını yenidən açıb.

Publika.az-ın məlumatına görə, rublun məzənnəsinin kəskin dəyişməsinə görə, iPhone-ların son modellərinin qiyməti orta hesabla 35% artıb.

Belə ki, iPhone 6-nın qiyməti 39,9 min (563AZN) rubldan 53,9 min (779AZN) rubla qalxıb, iPhone 6 Plus smartfonun qiyməti isə 61,9 min rubla çatıb.

Bundan əvvəl Apple şirkəti App Store mobil əlavələrin rublda göstərilən qiymətlərinə yenidən baxmışdı.

Hazırda iPhone, iPad və digər Apple cihazlarının platforması üçün nəzərdə tutulmuş oyun və mobil əlavələrin qiyməti 1 dollar üçün 62 rubl məzənnəsi əsasında müəyyən edilir.

Qeyd edək ki, şirkət mağazasını dekabrın 16-dan "qiymətləri nəzərdən keçirmək üçün" bağlamışdı. Apple öz addımını rublun məzənnəsinin kəskin dəyişməsi ilə əsaslandırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm