Texnoloji
Çin şirkəti "Apple" ilə rəqabətə girdi
Çində istehsal olunan Xiaomi smartfonlarının paytaxt Pekində təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, təqdimat zamanı iki yeni model - Mi Note и Mi Note Pro smartfonları nümayiş etdirilib. Təhlilçilər bu modellərin Apple şirkətinin buraxdığı iPhone telefonlarına ciddi rəqabət təşkil edəcəyini güman edirlər.
Yeni modelləri təqdim edən Xiaomi şirkətinin direktoru Lei Jun Mi Note smartfonunun iPhone 6 Plus-dan həm nazik, həm yüngül olduğunu bildirib.
Yeni samrtfonun ekran diaqonalı 5,7 düym, qalınlığı 6,95 mm, çəkisi 161 gramdır. Bu isə Xiaomi-nin yeni modelinin iPhone 6 Plus-dan 1.05 mm nazik və 11 gram yüngül olması deməkdir.
Mi-Note smartfonun baza modelinin 16 GB həcmli yaddaşı, 3 GB əməli yaddaşı və 4-nüvəli Snapdragon 801 prosessoru var.
Smartfonun qiyməti 2299 yuan ( 371 dollar) olacağı deyilib, bu isə iPhone 6 Plus və Samsung Galaxy Note 4 smartfonlarından 2 dəfə ucuz qiymət deməkdir.
Yeni modellərin hər ikisində 13 meqapiksel və 4 meqapiksellik ön və arxa kameralar quraşdırılıb.
Təhlilçilərin qeyd etdiyi kimi, Xiaomi 2014-cü ildə ən böyük sürətlə inkişaf edən smartfon istehsalı şirkəti olub.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR