• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Microsoft Internet Explorerlə vidalaşır

Microsoft Internet Explorerlə vidalaşır

Microsoft korporasiyası özünün məşhur brendi olan Internet Explorer brauzeri ilə vidalaşmağı qərara alıb. O, korporasiyanın Windows 10 operativ sistem dəstinə daxil olacaq yeni brauzerlə əvəzlənəcək.

Brenddən imtina edilməsi barədə rəsmi bəyanat Microsoftun Atlantada keçirilən illik konfransı zamanı korporasiyanın marketinq bölməsinin başçısı Kris Kaposella tərəfindən səsləndirilib. Hazırda yeni brend və yeni brauzerin adı üzərində işlədiklərini deyən Kaposella müştərilər üçün Explorerin də saxlanacağını qeyd edib.

Mütəxəssislərin sözlərinə görə, Microsoftun yeni brauzeri internet istifadəçiləri arasında xüsusi populyarlıq qazanan Google kompaniyasının Chrome brauzerini xatırladacaq.

Qeyd edək ki, Internet Explorer brauzeri Windows sistemində 1995-ci ildən fəaliyyət göstərir. Bir çox ekspertlərin fikrincə, hazırda o, “təravətini itirib və yenilənməyə ehtiyacı var”.

Eyni zamanda, yeni Windows 10 operativ sisteminin bu ilin yay aylarında dünyanın 190 ölkəsində, 111 dildə istifadəyə buraxılacağı elan edilib. Bu barədə martın 17-də Çində keçirilən beynəlxalq texnoloji konfransda Microsoft kompaniyasının əməliyyat sistemləri bölməsinin icraçı vitse-prezidenti Terri Mayerson məlumat verib.

Mütəxəssislər Windows 10-u Microsoft korporasiyası üçün “yeni başlanğıc” hesab edirlər. Belə ki, bu əməliyyat sisteminin smartfon və planşetlər üçün versiyası da mövcuddur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR