Texnoloji
WhatsApp-dan daha bir faydalı yenilik
2015-ci ilin əvvəlində “WhatsApp” “Android” üçün tətbiqin yeni versiyasında səsli zəng funksiyasının sınaqlarına başlayıb. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir.
Bu funksiya messencerə səsli və videozənglər təklif edən “LINE”, “Skype” və “Viber” kimi xidmətlərlə rəqabət aparmağa imkan verəcək.
İstifadəçilər “WhatsApp”ın yeni mobil tətbiqinə quraşdırılmış "zənglər" funksiyasının köməyi ilə öz kontaktlarındakı istənilən nömrəyə zəng edə bilərlər. Əgər zəngi qəbul edən tərəf mobil tətbiqin son versiyasını quraşdırmayıbsa, bu problem deyil. Həm “Wi-Fi”, həm də mobil şəbəkələr vasitəsilə səsli zəng etmək olar.
Hazırda “WhatsApp” messencerində səsli zənglər rəsmi olaraq yalnız “Android” telefonlar üçün əlçatandır.
Xatırladaq ki, “WhatsApp” messencerinin aktiv istifadəçilərinin sayı 700 milyonu ötüb. Aktiv auditoriya dedikdə ayda ən azı bir dəfə “WhatsApp” messencerindən istifadə edənlər başa düşülür.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan