Texnoloji
"WhatsApp" üçün yeni TƏHLÜKƏ
"ESET” beynəlxalq antivirus şirkəti “WhatsApp” messenceri üçün populyar əlavə adı ilə mobil troyanın yayılması barədə xəbərdarlıq edib. Zərərli proqram “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğulara qarşı yönəlib.
Bu barədə Publika.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir.
Troyan 2015-ci ilin əvvəlindən aktivləşməyə başlayıb. Cinayətkarlar onu “WhatsApp” adı altında gizlədərək qeyri-rəsmi mobil əlavələr mağazaları vasitəsilə yayırlar.
Proses bu şəkildə gedir: saxta "WhatsApp” ilə ilk “apk” fayl yükləndikdən sonra zərərli proqram istifadəçiyə əlavədən istifadəyə görə ödəniş etməyi təklif edir. Ödəniş başa çatdıqdan sonra əlavə paketlərin olduğu ikinci “apk” yüklənməyə başlayır. Sonra troyan əməliyyat sistemində quraşdırılmaya keçərək inzibatçının hüquqlarını, o cümlədən SMS-bildirişin göndərilməsi üçün icazəni istəyir.
Virus istifadəçinin mobil hesabını boşaldaraq ödənişli nömrələrə qeyri-qanuni SMS-bildirişlər göndərir. Bundan başqa, zərərli proqram müstəqil şəkildə zənglər edə və uzaq məsafədə yerləşən serverə qurğu və sistem haqqında məlumatlar göndərə bilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR