"Xoşbəxt"in təqdimatı olub
Bizi izləyin

Yazarlar

"Xoşbəxt"in təqdimatı olub

"Xoşbəxt"in təqdimatı olub

Gənc yazar Gülnar Əhməd yeni kitabının imza gününü keçirilib.

təqdimat "Əli və Nino" kitab mağazasında baş tutub. "Xoşbəxt" adlanan kitabın təqdimatında yazarlar, qeyri-hökumət təşkilatları təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Milli Düşüncə İnstitutu” İctimai Birliyinin sədri Taryel Faziloğlu romanın bədii məziyyətlərindən danışıb. O, bildirib ki, "Xoşbəxt" Gülnar Əhmədin ilk kitabıdır: “Kitab insanın müxtəlif hallarını və ruhi, psixoloji durumunu anlatmaqdadır. Yazar kitabında yalnızlığı, ruhi sarsıntıları, insanın mənən tənəzzülünü səmimi və üsyankar bir dillə ifadə edir”.

Yazar Oktay Hacımusalı qeyd edib ki, bu romanla artıq heç nəyi gizlətməyin mümkün olmadığını düşünən yazar bizlərə insanların görmədiyimiz – pərdə arxasındakı hallarını göstərib: “Romanda heç bir izah yoxdur, burda hər bir qəhrəman özü özünü izah edir və həqiqət özü ortaya çıxır. Kimin xoşbəxt olduğuna isə oxucu öz düşüncəsinə görə qərar verir”...

Sonda yazar Gülnar Əhməd iştirakçılara öz təşəkkürünü bildirib və kitabını imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm