Yazarlar
50 milyon insanı öldürən kitabın ad günüdür - FOTO
Bəşəriyyət üçün təhlükəli kitab bu gün yazıldı
İkinci Dünya müharibəsində dünyanı qana bələyən, yəhudiləri kütləvi surətdə qaz sobalarında yandıran, 50 milyon insanın ölümünə səbəb olan Adolf Hitler özünün yazdığı “Mənim mübarizəm” kitabı ilə də bəşər düşüncəsinə zərbə vurmağa çalışdı.
Hitler bu əsəri 1924-cü ildə baş tutmayan üsyandan sonra 9 ay Landsberq həbsxanasında yatdığı müddətdə yazıb. Bu kitabın nəşri Avropa ziyalılarını ciddi narahatçılığına səbəb olmuşdu. Hətta alman tarixçiləri əsərin olduqca cansıxıcı və ziddiyətli bir mətn olduğunu iddia edirdilər. Təsadüfi deyil ki, bu kitab dünyanın bir sıra ölkələrində, hətta Hitlerin öz vətənində də qadağan olunmuşdu.
Hitlerin siyasi və iqtisadi tezislərinin yer aldığı kitab qatı şovinizmin hədəflərini göstərirdi. Təməlində nasional sosializm ideyası dayanan kitab sonrakı fəsillərdə zərərli tezislərə keçid alır. Müəllif Almaniyanın çətinliklərinin Yəhudi ilə Marksist qruplardan qaynaqlandığını irəli sürür. İki cilddən ibarət olan kitabda bəşəriyyət üçün olduqca təhlükəli fikirlər öz əksini tapıb. Bu kitabda onun bütün ideologiyaları və avtobioqrafiyası əksini tapıb.
Kitab ilk dəfə 1925-ci ilin 18 iyulunda Almaniyada nəşr olunub. Çap olunduğu gündən bəri Avropa ölkələrində qadağan olunsa da, “Mənim mübarizəm” dünyanın müxtəlif ölkələrində milyon tirajlarla nəşr olunub və öz oxucularını tapıb.
Hitlerin 1933-cü ildə iqtidarı ələ keçirməsindən sonra əsərin milyonlarla nüsxəsi yenidən nəşr olundu. Bu kitab 1936-cı ildə bütün yeni evlənənlərə hədiyyə olaraq paylanmışdı. Kitabın nəşrindən o, 150 milyon dollar qazanmışdı.
Bu gün də kitabın elektron versiyasına böyük maraq var. Kitabı şəklində təhlükə yaratdığından insanlar əsərin elektron versiyasını əldə etməyə üstünlük verirlər.
Kənan Hacı
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərin anım günü keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ