Səfəvi dövrünün türkcə-farsca lüğəti
Bizi izləyin

Yazarlar

Səfəvi dövrünün türkcə-farsca lüğəti

Tehranda Səfəvi hökmdarı Şah Süleymanın (1666-1694) dövründə yaşamış Azərbaycan alimləri Məhəmməd Rza və Əbdülcəmil Nəsiminin tərtib etdikləri türkcə-farsca lüğət çapdan çıxıb.

Publika.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan bildiriblər ki, Səfəvilər dövründə meydana çıxmış lüğətlərdən ən dəyərlisi olan bu əsərdə cığatay, Osmanlı, Azərbaycan və Rusiyada da yaşayan türklərin sözləri fars dilində izah edilir.

Əsəri geniş “Ön söz”lə nəşrə hazırlayan ABŞ-da yaşayan həmvətənimiz doktor Həsən Cavadi və doktor V.Flor kitabda mətnin nəşrə hazırlanmasında onlara kömək etmiş AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimova minnətdarlıqlarını bildiriblər.

Əsərin Azərbaycanda da nəşri nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm