Qırmızı.az
Rusiya mətbuatı azərbaycanlı sürücüdən yazdı: "Hamı mənə dəli kimi baxır" - FOTOLAR
Paytaxtda taksi sürücülüyü ilə məşğul olan Camaləddin Qarayev idarə etdiyi avtomobilin şüşəsinə yapışdırdığı elanla bir çoxlarını təəccübləndirir.
Publika.az xəbər verir ki, “90 XT 984” dövlət nömrə nişanlı avtomobilinin üzərinə “Hamilə və 1 yaşına qədər uşaqlı valideynlər üçün gediş pulsuzdur” sözlərini yazmış sürücü bu elanın bir çoxlarının təəccübünə səbəb olduğunu deyir:
“Hamı mənə dəli kimi baxır. Əslində isə mən belə deyiləm. İnsanlara hörmət etmək, onlara dəstək vermək və çətin anda yardım göstərmək mənimçün puldan daha dəyərlidir. Bu səbəbdən də hamilə və 1 yaşından kiçik uşağı olan qadınları öz avtomobilimdə pulsuz aparıram. Əgər imkanı olmayan kimsə yaxınlaşıb, onu pulsuz harasa aparmağımı xahiş etsə, bunu böyük məmnuniyyətlə edərəm. Bu yaxşılıq bəlkə nə vaxtsa mənim də nəvələrimin qarşısına çıxar. Bu, mənim seçimimdir”.
Qeyd edək ki, Camaləddin Qarayevin ehtiyacı olan insanlara bu cür təmənnasız xidməti Rusiya jurnalistlərinin də diqqətini cəlb edib və həmin ölkənin mətbuatında onun barəsində maraqlı yazı dərc olunub.
Anar Tağıyev
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO