Nida.az
Mirmahmud Mirəlioğlu: “Bu, mənim vida qurultayımdır” - FOTO
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) bu günkü
qurultayında sədr seçkisi keçirilib.
Publika.az xəbər verir ki, Mirmahmud Mirəlioğlu
KXCP-nin yenidən sədri seçilib.
Səsvermədə iştirak edən 220 nəfər qurultay iştirakçısı lehinə, 2
nəfər əleyhinə səs verib. Bir nəfər bitərəf qalıb.
Seçkidən sonra M. Mirəlioğlu çıxış edib. Bildirib ki, bu qurultay
onun partiyaya vidasıdır: “Növbəti qurultayda sədrliyə namizəd
olmayacam. Ona görə də bu qurultay mənim sədr kimi vida
mərasimimdir. Növbəti qurultayda sədrliyə başqa namizədlər olacaq.
Hesab edirəm ki, gənclərə yeni imkanlar açmalıyıq. İstəyim də budur
ki, gənclər önə çıxsın, idarəçiliyi ələ alsın. Partiyada sədrliyə
layiq olan kifayət qədər insan var. Məni meydanda tək buraxmayın,
alternativ olun və partiyanın inkişafı, böyüməsi üçün birgə
çalışaq”.
Sonda qurultayın bəyannaməsi qəbul olunub.
Asif Nərimanlı
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi