Hadisə
Bakıdakı dəhşətli qəzanın təfərrüatları - FOTO/VİDEO
Ötən gecə Bakının Sabunçu rayonunda baş verən yol qəzası zamanı ölən və yaralananların kimliyi məlum olub.
BAKU.WS-in məlumatına görə, Bilgəh-Nardaran yolunda baş verən zəncirvari yol qəzasında "Range Rover” markalı 90 KX 010 nömrə nişanlı avtomobildə olan sərnişinlər ağır yaralanıblar.
Maşında olan iki azyaşlı əkiz bacılar Xədicə və Zəhra Hüseynəli və onların qardaşı 11 yaşlı Hüseyn Hüseynəli, eləcə də digər sərnişin Ziya Zahidov 3 saylı Sabunçu rayon Xəstəxanasına göndəriliblər.
Həkimlərin səyinə baxmayaraq, Hüseyn Hüseynəlinin həyatını xilas
etmək mümkün olmayıb.
Xəstəxananın baş həkimi Fikrət Zeynalovun verdiyi məlumata görə,
digər yaralılara ilkin tibbi yardım göstərilib. Onların həyatını
xilas etmək mümkün olub. Lakin uşaqların yaxınlarının təkidilə
onlar Kliniki Tibbi Mərkəzə köçürülüblər.
Qəza zamanı "Zaparojets” markalı avtomobilin sürücüsü 1959-cu il
təvəllüdlü Ağabala Baba oğlu Hüseynov isə yanaraq ölüb.
Baş verən dəhşətli qəzadan sonra "Range Rover”in sürücüsü hadisə yerindən qaçıb. Qəza zamanı dünyasını dəyişən digər sərnişinlərin kimliyi isə hələlik müəyyən edilməyib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?