Nida.az
XİN-dən “Alman dalğasına” sərt etiraz
Azərbaycan Xarici İşlər Nazirliyinin XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın “Deutsche Welle” (DW) radiosunun hazırladığı verilişə münasibət bildirib.
Publika.az xəbər verir ki, H. Hacıyev Almaniya
Federativ Respublikasının “Deutsche Welle” (DW) ictimai yayım
şirkəti tərəfindən 31 iyul 2015-ci il tarixində efirə getmiş
“Dağlıq Qarabağ münaqişəsində gərginlik artır” adlı verilişin
qərəzli, birtərəfli və obyektiv jurnalistika prinsiplərindən kənar
xarakter daşıdığını bəyan edib: ““DW”-in öz çəkiliş qrupunu
qanunsuz olaraq, işğal olunmuş Azərbaycan ərazilərinə göndərməsi
Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və
qanunlarının pozulmasıdır. Verilişdə yalnız Ermənistanın
Azərbaycana qarşı təcavüz və işğalının nəticəsində Ermənistan
tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin
“hərbi və mülki nümayəndələri”nin yalan fikirlərinə yer ayrılır.
Lakin verilişdə münaqişənin bilavasitə qurbanı olmuş və etnik
təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və
məcburi köçkününün hüquqları və əzab-əziyyətləri barədə məqsədyönlü
şəkildə heç nə deyilmir. Mahiyyət etibarilə, veriliş Azərbaycan
xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə əməlləri,
Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü və bunun
nəticəsində yaradılmış qondarma kriminal rejimin təşviqinə xidmət
edərək, münaqişənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlı
qaçqın və məcburi köçkünə və Azərbaycan ictimaiyyətinə qarşı
hörmətsizlik mənası daşıyır. “DW” əsas məqsəd və məramlarından
birinin dünya mədəniyyətləri və xalqları arasında anlaşmaya xidmət
etdiyini iddia etsə də, bu veriliş vasitəsilə “DW” dini və etnik
zəmində nifaqın gərginləşməsinə xidmət edir. Münaqişənin əsl
mahiyyətini təhrif edərək, qərəzli və obyektivlikdən kənar verilişi
təqdim etməklə, “DW” eyni zamanda öz yerli və beynəlxalq tamaşaçı
auditoriyasına da hörmətsizlik nümayiş etdirir. Bu cür yanaşma
eləcə də ifadə və mətbuat azadlığı prinsiplərinin kobud şəkildə
pozulması və ondan sui-istifadə edilməsi kimi
qiymətləndirilir”.
XİN sözçüsü qeyd edib ki, ciddi narazılıq doğuran məqam ictimai
yayım şirkəti olan “DW”-in eləcə də Almaniyanın dövlət büdcəsi
vasitəsilə maliyyələşdirilməsidir.
-
Sosial09:12
Nəsib Quliyevin övladları və xanımı yasda iştirak etmədi - Yasa gələnlər görün nələr danışdı - VİDEO
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ