Dəb
2015-ci ilin payız dəbinin cəsarətli yanaşması - FOTOLAR
2015-ci ilin payız dəbi öz cəsarətli yanaşması, ənənəvi fasonları və klassik elementləri ilə seçiləcək. Məsələn, bəsit hesab etdiyimiz yaxası bantlı köynəklər bu payız dəbə minəcək.
80-ci illərdə çox məşhur olan həmin köynəklər ilk baxışdan sizə köhnəliyin qalığı kimi görünə bilər. Əslində isə, belə deyil. Dizaynerlər bu payız üçün yaxası bantlı köynəklərin müxtəlif və orijinal versiyalarını təklif edirlər. Ciddi və rəsmi deyil, nəfis və seksual görünməsi üçün isə qeyri-adi şəffaf parçalardan istifadə etməyiniz məsləhətdir. Onların
altından mayka geyinməklə işgüzar üslub da yaratmaq mümkündür.
Yeri gəlmişkən, bu cür köynəyi siz özünüz də düzəldə bilərsiniz. Bunun üçün geyinmədiyiniz bir köynəyin yaxasına onun rənginə uyğun olan lent əlavə edin. Köynəyin bantına qeyri-adi bəzək vurmaq üçün kiçik yaxa sancağı və ya süni güllər də taxa bilərsiniz. Bu zaman istənilən geyim payızın moda tendensiyalarının ruhunda olacaq.
Bu ilin payız-qış dəbi parlaq rənglərdən qorxmamağı təklif edir. Məsələn, yaxası bantlı köynəyin qırmızı versiyası qadını seksual və özündənəmin göstərir.
Fransız moda evi “Chanel” də payız-qış mövsümü üçün bantlı köynəklər təklif edir. Bu cür köynəklər mirvarinin müşayiəti ilə əla görünürlər. Bu ideyanı oğurlamaq günah deyil.
Bantların ölçüsünə gəldikdə, burada heç bir qayda yoxdur. Onlar istənilən uzunluqda ola bilər. Əsas odur ki, geyimlərinizlə ağırlıq yaratmasın.
“Gucci”, “Burberry”, “Chanel”, “Chloe”, “Givenchy”, “Dolce and Gabbana”, “Valentio”, “Saint Laurten”, “Bitegga Vanetta” kimi moda evlərinin payız-qış kolleksiyalarında bantlı köynəklərə rast gələ bilərsiniz.
Aytən
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ