Nida.az
Kremlin şok planı: Qarabağ Azərbaycana hansı şərtlərlə qaytarılır?
“Moskvanın Bakı və İrəvan üçün planı var”.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın
“Politrus” saytı yazıb.
Saytın məqaləsində iddia olunur ki, Dağlıq Qarabağda hərbi
gərginliyin qalmasında ABŞ maraqlıdır: “Çünki Rusiya, İran və Çinin
maraq zonasında olan bu bölgənin daim “qaynar” olması ABŞ-ın
hegemonluğuna xidmət edir. Lakin hazırkı vəziyyətdə müharibənin
başladılması problem olaraq qalır. Çünki nə Bakı, nə də İrəvan
müharibə istəmir. Azərbaycan öz ərazi bütövlüyünün bərpasını tələb
edir. Çünki məcburi köçkün və qaçqınlar Ermənistanın nəzarətində
olan öz evlərinə qayıtmaq istəyirlər. Ölkə rəhbərliyi də bu
məsələdə qətiyyət göstərir”.
Məqalədə bildirilir ki, Rusiya Azərbaycanı Xəzər regionunda,
həmçinin Avrasiya İttifaqında öz müttəfiqi olaraq görmək istəyir:
“Moskva bunu gizlətmir. İqtisadi nöqteyi-nəzərdən Azərbaycan
Avrasiya İttifaqı üçün əlverişlidir. Amma artıq ittifaqda yer alan
Ermənistan Azərbaycanın bu birliyə girişini əngəlləyir. Azərbaycan
ərazisini nəzarətdə saxlayan bir ölkə ilə eyni ittifaqda yer
almağın mümkün olmadığı fikrini irəli çəkir”.
Sayt yazır ki, Sergey Lavrovun Bakı səfərinin detalları yayılmasa
da, fərz etmək mümkündür ki, Rusiya Qarabağ münaqişəsinin həlli
üçün yeni plan təklif edir.
“Həm də bu təklif indi yox, Vladimir Putinin I Avropa Oyunlarının
açılış mərasimində iştirakı zamanı Bakıya təqdim olunub. Rusiya XİN
rəhbəri isə planın detallarını müzakirə etmək üçün Bakıya getdi.
Ermənistan prezidenti Serj Sarkisyanın sentyabrın 7-də nəzərdə
tutulan Moskva səfərində də münaqişənin həlli üçün təklif olunan
yeni plan müzakirə olunacaq. Kreml rəsmi şəkildə iki ölkə
arasındakı münasibətlərin müzakirə olunacağını deyir. Lakin
İrəvandakı mənbələr əsas müzakirə mövzusunun Qarabağ olduğunu qeyd
edir”, - deyə məqalədə vurğulanır.
Sayt münaqişənin həlli üçün iki təklifin ola biləcəyini yazıb:
“Birincisi, Ermənistan Dağlıq Qarabağdakı qoşunlarını tamamilə
çıxarır və ətraf yeddi rayon Azərbaycana qaytarılır. Bakı bunu
istəyir, amma İrəvan buna getməyəcək. Hətta üçüncü tərəfin məsələyə
qarışması və böyük maliyyə hesabına torpaqların qaytarılması
variantı olsa belə bu, mümkünsüz görünür. Çünki Qarabağdakı
ermənilər bu torpaqların özlərinki olduğunu düşünürlər. İkinci
variant Ermənistanın Laçından başqa digər işğal olunmuş rayonları
qaytarması və Qarabağa dəhlizin təmin olunmasıdır. Köçkünlər
qayıdacaq, Bakı da ərazidən çıxarılan ermənilərə kompensasiya
ödəyəcək. Bu mümkün variant kimi görünür və Azərbaycan tərəfi
ermənilərə kompensasiyasını birbaşa deyil, Rusiya vasitəsilə
verəcək. Əgər bu variant mümkün olarsa, kompensasiya Rusiya
tərəfindən Avrasiya İttifaqı çərçivəsində Ermənistana kredit kimi
də verilə bilər”.
Asif Nərimanlı
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq