Nida.az
Makedoniya prezidenti IV Qlobal Bakı Forumunda iştirak edəcək
Makedoniya Prezidenti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu qəbul edib.
Komitədən Publika.az-a verilən məlumata görə, görüş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Sofiyada keçirilən “Avropada əməkdaşlıq və qonşuluğun yeni görüntüləri” konfransı çərçivəsində baş tutub.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə dair müzakirələr aparılıb. Makedoniya Prezidenti George İvanov bildirib ki, mərkəz artıq düşüncə mərkəzinə çevrilib və burada aparılan müzakirələr region dövlətləri üçün çox vacibdir. Ölkəsinin Azərbaycanın tolerantlıq və qarşılıqlı anlaşma ideyalarının təbliğinə yönəlmiş təşəbbüslərini dəstəklədiyini bildirən Makedoniya Prezidenti gələn ilin martında keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak edəcəyini deyib.
Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş forumlarda şəxsən iştirak etdiyini xatırladıb. O qeyd edib ki, Azərbaycan dövləti dünyanı narahat edən qlobal problemlərin müzakirəsində hər zaman maraqlı olub. Dövlət Komitəsinin sədri Azərbaycan Prezidentinin dəstəyi ilə Bakıda keçirilmiş forumların mədəniyyətlərarası dialoqun dərinləşməsinə və qlobal problemlərin həlli yollarının tapılmasına mühüm töhfələr verdiyini vurğulayıb.
Anar Tağıyev
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO