Nida.az
Siyavuş Novruzov: “Cəmil Həsənli münəccimlik eləmək istəyir”
“Bu, Cəmil Həsənlinin seçkilərin üzərinə kölgə salmaq
cəhdidir”.
Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan
Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov
deyib.
Qeyd edək ki, Milli Şura sədri Cəmil Həsənli 125 dairə üzrə
kimin deputat seçiləcəyini açıqlayıb və iddia edib ki, həmin
şəxslərin seçilməsi əvvəldən həll olunub.
YAP rəsmisi isə qeyd edib ki, Cəmil Həsənli indidən münəccimlik
etmək istəyir: “Azərbaycanda seçkilər ədalətli, demokratik və
şəffaf keçirilir. Seçki fəlsəfəsinə görə, həmişə güclü namizədlər
qalib gəlir. İstənilən ölkədə keçirilən seçki sorğularında bu
belədir. Bəzən hər sorğuda bir nəticə ortaya çıxır. Bu,
demokratiyanın formalarından biridir. Sadəcə olaraq, Cəmil Həsənli
seçkilərin üzərinə kölgə salmaq istəyir”.
S. Novruzov qeyd edib ki, C. Həsənli deputat olanda onun da
adını belə siyahılara salırdılar: “Onun özü də gözəl bilir ki,
Azərbaycanda keçirilən seçkilərdə hər hansı qanun pozuntusu olmur.
Təbii ki, güclü namizəd qalib gələcək. Cəmil Həsənli də güclü
namizədlərin adını yazmaqla münəccimlik eləmək istəyir, özünü
ağıllı göstərir”.
S. Novruzov əlavə edib ki, seçkilərin taleyini Azərbaycan
seçicisi müəyyənləşdirir.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu