Polisi şantaj edib pul alarkən tutuldu
Bizi izləyin

Hadisə

Polisi şantaj edib pul alarkən tutuldu

Polis əməkdaşlarını hədələyərək şantaj etmiş Cəlilabad rayon sakini həbs edilib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 8-də Biləsuvar RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Ramal Ağammədov və Rauf Əzimov raportla müraciət edərək Cəlilabad rayon sakini Xəyal Əmirovun oktyabrın 6-da zəng edib guya rüşvət almalarını videoya çəkməsini deyərək onlardan pul tələb etdiyini bildiriblər.

Görülmüş tədbirlərlə X.Əmirov polis əməkdaşlarından 3000 manat alarkən tutulub.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm