Hadisə
Saxta sənədlərlə kredit alınması faktına görə cinayət işi açıldı
“TBC Kredit” Bank olmayan kredit təşkilatı MMC-dən saxta sənədlər əsasında kredit alınması barədə Dövlət Neft Şirkətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Publika.az xəbər verir ki, araşdırmalar zamanı adları istintaq yolu ilə müəyyənləşdirilən vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ayrı-ayrı vətəndaşların şəxsiyyət vəsiqələrini və iş yerləri barədə arayışları saxtalaşdıraraq “TBC Kredit” MMC-dən aldatma yolu ilə 8.0 min manat məbləğində krediti ələ keçirməklə qeyd olunan cəmiyyətin qanunla qorunan mənafelərinə zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə cinayəti törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı