Futbol meydanında verilən qətliam əmri, “Toxucular” qrupu və itkin qardaş... - Günahkarı göstərən 5 ipucu
Bizi izləyin

Dünya

Futbol meydanında verilən qətliam əmri, “Toxucular” qrupu və itkin qardaş... - Günahkarı göstərən 5 ipucu

Türkiyə tarixinin ən qanlı terror aktından sonra səlahiyyətlilər İŞİD terror qruplaşmasını bir nömrəli şübhəli olaraq qiymətləndirirlər.

Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, terror aktının İŞİD tərəfindən törədilə biləcəyini əsaslandıracaq 5 ipucu aşağıdakılardır.

1.Partlayış üçün uzaqdan idarə olunan qurğu əvəzinə qumbaradan istifadə edildiyi təxmin edilir. “Reuters” agentliyinə danışan bir səlahiyyətli Ankaradakı terror aktının Suruçdakı hücumun bənzəri olduğunu göstərirlər.

2.Bu gün bir sıra media orqanlarında verilən məlumatlara görə, hadisə yerində bədəni parçalara ayrılan üç cəsəd var. Səlahiyyətlilər bunlardan ikisinin (ikisi də kişidir) kamikadze olduğunu düşünür. Son vaxtlar adətən İŞİD kamikadzelərlə terror aktları törədir.

3.Türkiyənin paytaxtı Ankara şəhərində terror aktı törədən kamikadzelərin kimliyinin müəyyənləşdirilməsi üçün İŞİD terror təşkilatının üzvü olan 16 nəfərin ailəsindən DNT nümunələri götürülüb. İlk qiymətləndirmələrə görə, şühhəlilərdən biri Suruçdakı terror aktını törədən Şeyx Əbdürrəhman Alagözün itkin böyük qardaşı Yunus Əmrə Alagöz ola bilər.

4.Təhlükəsizlik qurumlarının Ankaradakı terror aktının şübhəliləri olaraq Adıyamanda təşkilatlanan İŞİD üzvləri ilə bağlı araşdırma aparması diqqətləri Suriyanın Tel-Abyad şəhərində fəaliyyət göstərən “Toxucular” qrupuna çevirdi. Yunus Əmrə Alagözün də qrupun Adıyamandakı bölməsinin üzvü olduğu deyilir.

5.Türkiyə kəşfiyyatının əldə etdiyi məlumata görə, İŞİD-in Mosul valisi Suriyanın Rakka şəhərindəki bir stadionda toplantı keçirib. Toplantıda Türkiyənin dörd şəhərində terror aktlarının həyata keçirilməsi barədə qərar qəbul edilib. Hədəfdə olan şəhərlərin tam siyahısı açıqlanmasa da, “Abu Riyad” kod adlı İŞİD üzvünün Türkiyədə jandarm və hərbi səlahiyyətlilərə qarşı sui-qəsd təşkil etmək üçün təlimatlandırıldığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm