Etiraf etdi: “Təyyarənin vurulması əmrini mən verdim”
Bizi izləyin

Nida.az

Etiraf etdi: “Təyyarənin vurulması əmrini mən verdim”

“Rusiya təyyarəsinin vurulması əmrini şəxsən mən verdim”.

Publika.az “Anadolu” agentliynə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında etdiyi çıxışında deyib.

“Bütün xəbərdarlıqları diqqətə almayan təyyarə hava qüvvələrimiz tərəfindən vurulub. Türkiyə Silahlı Qüvvələrinə nə edəcəyimiz barədə təlimat keçirdiyimiz toplantılarda şəxsən mənim tərəfimdən verilib”, - baş nazir vurğulayıb.

Qeyd edək ki, dünən səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub. Türkiyə tərəfi rus təyyarəsinin sərhədi keçdiyini bildirsə də, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava məkanında vurulduğunu açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm