Rusiya ifşa olundu: pilotları güllələyən döyüşçülər DANIŞDI - VİDEO
Bizi izləyin

Dünya

Rusiya ifşa olundu: pilotları güllələyən döyüşçülər DANIŞDI - VİDEO

Sosial şəbəkələrdə Rusiya pilotlarını güllələmiş döyüşçülərin görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, videonu “Reuters” agentliyi dərc edib.

Videoda silahlı şəxslər iddia edirlər ki, məhz paraşütlə enən Rusiyanın SU-24 təyyarəsinin pilotlarını güllələyiblər. “Reuters” agentliyinin Alpaslan Celik adlandırdığı döyüşü iddia edir ki, o, və onun döyüşçüləri pilotları havada vurublar.

Çelik iki pilot haqqında danışır. Amma Rusiyanın açıqladığı məlumata görə, pilotlardan biri Rusiya və Suriya hərbçilərinin 12 saatlıq əməliyyatı ilə azad edilib.

Məlumata görə, SU-24 təyyarəsinin pilotu Oleq Peşkov paraşütlə tullanarkən öldürülüb. Bundan başqa, axtarış-xilasetmə əməliyyatında iştirak edən matros Aleksandr Pozıniç həlak olub.

Qeyd edək ki, Rusiyanın SU-24 təyyarəsi noyabrın 24-ü səhər saatlarında Türkiyə sərhədini pozduğu üçün Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm