İntihar edən tələbə qızdan XƏBƏR - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

İntihar edən tələbə qızdan XƏBƏR - YENİLƏNİB

Nizami rayon ərazisində Tibb Universitetinin tələbəsi 1993-cü il təvəllüdlü Türkan Eldar qızı Həsənzadənin intiharı barədə yeni xəbər var.

Publika.az-ın əməkdaşı hadisə baş verən ünvanda olub. Həmin binada yaşayan sakinlər bildiriblər ki, T.Həsənzadə həmin binada yaşamayıb. Ərazidə həmin qızı heç kim tanımayıb. Ötən gecə o, əraziyə gəlib, 5-ci blokun damına çıxıb və oradan özünü atıb.

Sakinlər deyir ki, hadisə təxminən axşam saat 24 radələrində olub. Hadisə gecə baş verdiyindən onu bloka daxil olarkən və ya özünü binadan atarkən görən olmayıb.

Anar

Özünü yaşadığı binanın damından ataraq intihar edən tələbə qızla bağlı yeni xəbər var.

Azərbaycan Tibb Universitetindən Publika.az-a verilən məlumata görə, T.Həsənzadə universitetin stomatologiya fakültəsində təhsil alıb. Bu fakültədə tədris 5 illikdir və T.Həsənzadə ötən il təhsilini başa vurmalı idi. Lakin ötən il 5 fəndən akademik borcu olduğuna görə, o, məzun ola bilməyib.

Müəllimlərinin sözlərinə görə, T.Həsənzadə sakit tələbə olub. Onun dərsə davamiyyətində və ya dərslərə hazırlığında problemləri olmayıb. Yalnız ötən il dərslərində zəifləmə olub, bu səbəbdən də akademik borcu yaranıb.

O hələ ki, akademik borclarını verməyib. Lakin müəllimlər intiharın məhz dərslərdəki zəifliyinə görə olmasını istisna edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm