İdman
Yaşıl meydanlarda “AİDS”-lə mübarizə
Peşəkar Futbol Liqası və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) birgə kampaniya keçirəcək.
Publika.az xəbər verir ki, həmin kampaniya Azərbaycan Premyer Liqasının 14-cü turunun bütün görüşlərində baş tutacaq.
1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Bakı və regionlarda yerləşən ali təhsil ocaqlarında, ticarət mərkəzlərində, avtovağzallarda, dövlət və özəl sektor müəssisələrində və digər obyektlərdə profilaktik və maarifləndirmə yönümlü tədbirlər keçirilir. Həmin tədbir bu il ölkə futboluna da sirayət edəcək. Belə ki, Premyer Liqada iştirak edən klublarımız oyuna “AİDS-ə birgə qalib gələk” pankartı və lenti ilə çıxacaqlar.
Məlumat üçün deyək ki, “Avropa İİV-ə testləşmə həftəsi” və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar aparılan kampaniyanın məqsədi İİV-infeksiyasının sadə, asan və effektli diaqnostika metodu olan testin təbliği, bu virusun gec aşkarlanmasının qarşısının alınması, insanlar arasında İİV-ə yoluxma yolları və bu təhlükədən qorunmaqla bağlı maariflənmə işinin aparılması, həmçinin bu virusla yaşayan insanların stiqma və diskriminasiyasına yol verilməməsidir.
Azərbaycanda dövlət İİV-ə pulsuz, anonim diaqnostikanı və müalicəni təmin edir.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO