Vaşinqtonla Tehranın oyunu: Ankara və Moskva müharibə edəcəkmi? – Hasan Oktayın şərhi
Bizi izləyin

Nida.az

Vaşinqtonla Tehranın oyunu: Ankara və Moskva müharibə edəcəkmi? – Hasan Oktayın şərhi

“Rusiya fərqində olmadan Obamanın İran üzərindən qurduğu tələyə düşdü”.


Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib.


İran və ABŞ Suriyada Rusiya ilə Türkiyəni bataqlığa saldı


Onun sözlərinə görə, Obama 2016-cı ilə qədər Amerikanı hər-hansı bir müharibəyə salmadan idarə etmək istəyir: “İran ABŞ-la razılaşandan sonra Tehran rahat nəfəs alan bir dövlət olaraq diplomatiya sahəsini açdı. Bildiyimiz kimi, İraqda Səddam Hüseyn rejimi İranın ən böyük düşməni idi. ABŞ İraqa girəndən sonra Səddam Hüseyni devirməklə İranın bu ölkə üzərində hakimiyyətini təmin etdi. Bu hadisə İrana çox şey öyrətdi. İndi eyni oyunu Suriyada Rusiya üçün oynayır. Suriyada İran dövləti qeyri-rəsmi şəkildə bütün gücü ilə Əsədin yanında yer aldı, lakin onun apardığı siyasət uğurlu olmadı. Buna görə də Əsəd müxaliflərinə qarşı döyüşmək üçün Rusiyanın bölgəyə girməsini təmin edərək böyük həmlə etdi. Rusiya Suriyaya yad deyil, lakin, İran düşündü ki, Amerika İraqda qala bilmədiyi kimi, Rusiya da Suriyada qalıcı olmayacaq. Yəni İran və ABŞ Suriyada Rusiya ilə Türkiyəni bataqlığa çəkərək bir-birinə düşmən etdilər. Suriya məsələsi Türkiyə və Rusiyanın birinci dərəcəli məsələsi olmadığı halda, bu gün onlar müharibənin kandarındadırlar”.


ABŞ bundan istifadə edərək Türkiyə ilə Rusiyanı müharibəyə sürükləyəcək


H. Oktay qeyd edib ki, Rusiya üçün təyyarənin vurulması gözlənilməz oldu: “Bu Rusiyaya çox təsir etdi. Əslində gözlənilən də Rusiyanın təlaş içində Türkiyəyə qarşı hərəkət etməsi idi. NATO ölkəsi olan Türkiyənin hava məkanının pozulması həm də Şimal Alyansına qarşı atılmış addım idi. Lakin NATO-dan böyük etiraz gəlmədi və Türkiyə təkbaşına hərəkət edirmiş kimi vəziyyətə salındı. Belə görünür ki, NATO və ABŞ bundan istifadə edərək Türkiyə ilə Rusiyanı müharibəyə sürükləyəcək. Beləliklə, bir daşla iki quş vuraraq, həm Rusiyadan, həm də Türkiyədən xilas olmaq istəyirlər. Bu fikir bir çox yerdə dilə gətirilir”.


Türkiyəli politoloq hesab edir ki, Putin və Ərdoğanı sevilməyən lider olaraq tarix səhnəsindən silmək istəyirlər: “Rusiya bu oyunları görmədən boş düşmənçiliklə məşğul olsa, böyük çətinlik yaşaya bilər. Həmçinin, Rusiya yaralı aslan kimi yardım TIR-larının vurulması, yaxud türkmanlara hücumların edilməsi kimi sağa-sola çırpınarsa, qarşısıalınmaz problemlərlə üzləşəcək”.


Oyunu poza bilməsələr, dünya Ərdoğan və Putini tarixdən siləcək


Politoloq əlavə edib ki, son günlər Rusiya Suriyada İranın polisi rolunda çıxış edir.


“Rusiya Suriyada İranın istədiyi qədər hərəkət edəcək. İndi görünən odur ki, İran Rusiya ilə Türkiyəni Suriyada savaşdırmaq istəyir. Beləliklə, Obamanın planı həyata keçiriləcək. Ərdoğan və Putin bu böyük oyunu pozmalıdır, əks təqdirdə, dünya Ərdoğan və Putini tarixdən siləcək”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm