Nida.az
Türkiyə kəşfiyyatına xəbərdarlıq: “Rusiya PKK-nı hərəkətə keçirə bilər”
“Rusiya Türkiyəyə qarı PKK vasitəsilə terror aktlarına
və təxribatlarına əl atacaq”.
Publika.az xəbər verir ki, bu barədə NATO
Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib.
Onun sözlərinə görə, Rusiyanın yanlış xarici siyasəti onun
beynəlxalq aləmdə təklənməyinə səbəb oldu: “Nəticə də isə II Dünya
müharibəsindən bu günə qədər var olmuş Rusiya toxunulmazlığı ləğv
olundu. Rusiya artıq digər dövlətlər üçün toxunulur güc sahibinə
çevrildi. Rusiyanın Türkiyə ilə istər siyasi, istər hərbi, istərsə
də iqtisadi tərəfdaşlıqları mövcuddur, lakin bu gün bu
tərəfdaşlıqlar Rusiyanın istəyi ilə müəyyən müddətlik geri çəkilə
bilər”.
F. Məmmədov qeyd edib ki, Vladimir Putin bütün bu addımları daxili
auditoriyaya toxunulmazlıqlarının davam etdiyini göstərmək üçün
atır: “Lakin artıq ox yaydan çıxdı. Putin bir tarixi məqamı da çox
yaxşı bilir ki, əgər o, Türkiyə ilə hərbi münaqişəyə girməyə
çalışsa, tarix yenidən təkrarlana bilər. Yüz il öncə Çanaqqala
zəfərləri ilə dolu zəngin tarixi olan Türkiyə bu gün eyni ssenarini
yenidən təkrarlaya bilər. Putin bunu yaxşı bilir. Bu gün istər ərəb
coğrafiyasında, istərsə də müsəlman dünyasında Türkiyə lokomotiv
rolunu oynayır. Əgər sabah münaqişə yaranarsa, bu, cihad xarakteri
ala bilər. Bu reallaşarsa, Rusiya üçün sonluq deməkdir”.
F. Məmmədov hesab edir ki, Rusiya daxili auditoriyaya hesablanmış
bir iki manevr siyasəti həyata keçirəcək.
“Unutmaq lazım deyil ki, Türkiyə daxilində PKK terror təşkilatı
vasitəsilə terror hadisələri və təxribatlarına da əl atacaq. Burda
əsas iş Türkiyə kəşfiyyatının üzərinə düşür”, - deyə o
vurğulayıb.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu