Nida.az
Düşmənə 120 cavab zərbəsi
Cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribatları davam edir.
Publika.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində
yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt,
Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı,
Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd
rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli,
Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 120 dəfə atəş zərbəsi endirib.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı