Bu şirkətdə atalar da “analıq məzuniyyəti”nə çıxacaq
Bizi izləyin

Qırmızı.az

Bu şirkətdə atalar da “analıq məzuniyyəti”nə çıxacaq

“Facebook” cinsiyyət fərqi qoymadan tam gün işləyən bütün əməkdaşlarına 4 ay ödənişli doğum məzuniyyəti verəcək.

Publika.az xəbər verir ki, bununla bağlı şirkətin beynəlxalq İnsan Resursları Departamentinin müdiri Lori Goler məlumat verib.

O, “Facebook”un yaradıcısı Mark Zukerberq atalıq məzuniyyətinə çıxacağını bəyan edəndən sonra şirkətin digər əməkdaşlarına da cinsindən və yaşadığı yerdən asılı olmayaraq 4 ay “analıq məzuniyyəti” verəcəyini açıqlayıb.

L.Goler bəyan edib ki, analar qədər ataların da uşaqları ilə vaxt keçirməyə ehtiyacları var. Şirkətin yeni qərarı gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm