Qırmızı.az
Sabah sulu qar yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı gözlənilir.
Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 13-17, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 1-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı