Qarabağda Rusiya-Türkiyə müharibəsini kim istəyir?
Bizi izləyin

Nida.az

Qarabağda Rusiya-Türkiyə müharibəsini kim istəyir?

“Qarabağda Rusiya-Türkiyə müharibəsinin başlaması haqda ictimai rəyə sırınan fikirlərin arxasında erməni lobbisi və Moskvada böyük təsirə malik olan erməni diasporu dayanır”.

Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib.

Onun sözlərinə görə, İranın Obama ilə razılaşmasından sonra Suriya böhranına daxil olan Rusiya gözlənildiyi kimi hava əməliyyatlarına başladı: “Burada hədəf Türkiyəni Suriya böhranına daxil etmək idi. Buna görə də Rusiya Türkiyə hava məkanını tez-tez pozmağa başladı. Bu, bəlkə də NATO-nun reaksiyasını ölçmək üçün edilirdi. Laki nəticədə NATO Türkiyəni tək buraxdı və Türkiyə istər-istəməz sərhədlərini qorumaq üçün kimə aid olduğu bəlli olmayan bir təyyarəni vurdu. Bunun Rusiya təyyarəsi olduğu ortaya çıxanda, dünya gündəmi alt-üst oldu və hər kəs bir ssenari qurmağa başladı”.

H. Oktay qeyd edib ki, Rusiya belə bir cavab gözləmirdi.

“Şok içində olan Rusiya mediası da nə edəcəyini bilmədən, gələcəyi düşünmədən bir çox təəccüblü iddialar ortaya atdı. Xüsusilə Rusiya mediasında təsir gücünə malik olan yəhudi və ermənilər Moskva-Ankara müharibəsi törətmək üçün böyük enerji sərf edirlər. İctimai rəyə təsir etmək istəyən bu qüvvələr də Rusiya və Türkiyənin Qarabağda müharibə edə biləcəyi iddiasını irəli sürüblər. Bun iddialar erməni lobbisi və diasporu tərəfindən ortaya atılır. Əcaib iddialarla çıxış edənlər əslində nə etdiklərini özləri də bilmirlər. Yəhudilər də “one minute”nin qisasını almaq üçün Türkiyəni müharibəyə sürükləmək istəyirlər”, - deyə politoloq bildirib.

H. Oktay hesab edir ki, Rusiya xalqı və dövləti bu cür oyunlara aldanmayacaq qədər ağıllıdır: “Türkiyə nə Qarabağda, nə də başqa bir yerdə rus xalqına və dövlətinə cəbhə açmaq niyyətində deyil. Rusiya mediasını işğal edən erməni və yəhudilər Türkiyədə daxili münaqişəni qızışdırmaq üçün PKK-ya dəstək verilməsi ilə bağlı fikirlər irəli sürürlər. Əslində bu cür iddialarla onlar rus xalqına böyük pislik edirlər. Fikrimcə, ümumiyyətlə Qarabağda müharibənin olması ehtimalı azdır. Buradakı müharibədən heç kim qazanclı çıxa bilməz. Həmçinin, Qarabağ üzərində Türkiyə-Rusiya müharibəsi də mümkün görünmür. Münaqişənin həll yolu diplomatiyadan keçir. Azərbaycan da çox diqqətli davranmalı, müharibə deyil, diplomatiya irəli sürməlidir”.

Politoloq qeyd edib ki, Türkiyə bölgədə sülhün bərqərar olması üçün çalışdığı bir vaxtda, nə Ərdoğan, nə də Putin Rusiya mediasının müharibə təbliğatına uymamalıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm