Ədəbiyyat aləmində rüsvayçılıq - FOTOLAR
Bizi izləyin

Art

Ədəbiyyat aləmində rüsvayçılıq - FOTOLAR

Lev Tolstoyun "Hərb və sülh” kitabı dünya ədəbiyyatının ən mühüm əsərlərindən biridir.

Publika.az xəbər verir ki, rus yazıçı Tolstoyun bu əsərini ingilis BBC televiziya kanalı ekranlaşdırıb. Lakin serialdakı seksual səhnələr tənqidçilərin qınaq obyektinə çevrilib. Belə ki, serialda canlandırılan səhnələr əsərlə qətiyyən uyğunlaşmır. Məsələn, münasibətləri yaxşı olmayan bacı ilə qardaş serialda tamam başqa cür təsvir olunub. Hətta onların cinsi əlaqəyə girdiyini göstərən bir səhnə də var. Tolstoyun əsərlərini araşdıran mütəxəssis Endryu Kaufman da bacı ilə qardaşı yataqda göstərən səhnənin kitabda olmadığını söyləyib.

Ssenari müəllifi Endryu Devis tənqidləri qəbul etməyib və serialda yalnız müəyyən qədər çılpaqlıq olduğunu dilə gətirib.

Qeyd edək ki, tənqidlərdən BBC televiziya kanalı da pay götürüb. Kanal, romanda mövcud olmayan intim səhnələrlə reytinq qazanmaqda günahlandırılıb.

Qeyd edək ki, çəkilişləri Rusiya, Litva və Latviyada baş tutan serialda əsas rolları Lili Ceymslə Pol Dano ifa edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm