Hamilə xanımlar oxusun!
Bizi izləyin

Sağlamlıq

Hamilə xanımlar oxusun!

Hamilə qadınlar dişlərinə xüsusi qulluq etməlidir, çünki bu dövrdə həm qusma hallarının artması, həm də bəzi hormonların həddən artıq ifraz edilməsi səbəbindən, dişlərdə çürümə, diş ətlərində iltihablanma baş verə bilər.

Tanınmış türkiyəli diş həkimi Pertev Kökdəmir hamilə xanımlara dişlərə qulluqla bağlı xüsusi məsləhətlər verib.

Publika.az həmin məsləhətləri sizə təqdim edir:

Həkim bildirir ki, dişlər gündə ən azı iki dəfə fırçalanmalı, diş sapından istifadə edilməlidir:

“Hamiləlik dövründə gündəlik ağız və dış baxımına həmişəkindən daha çox vaxt ayrılmalıdır. Hamiləlikdə hormonların artması ağız boşluğunda bakteriyaların çoxalmasına səbəb olur. Gündə iki dəfə diş fırçasından və diş sapından istifadə edilməlidir.

Ağzı qarqara etmək üçün satılan xüsusi məhlullardan istifadə etmək olar. Qarqaranı duzlu su ilə də etmək mümkündür. Qusma hallarında ağız çoxlu su ilə yaxalanmalı, dişlər isə yarım saat sonra fırçalanmalıdır”.

Pertev Kökdəmirin sözlərinə görə, qadınlar hamiləlikdən qabaq mütləq həkim müayinəsindən keçməlidir:

“Dişlər hamiləlikdən əvvəl mütləq müayinə olunmalı, lazım gəlsə, müalicə edilməlidir. Çünki hamiləlik zamanı diş və ağız boşluğunda baş verən hər hansı problem həm ananın, həm də körpənin sağlamlığını təhlükəyə ata bilər.

Bu dövrdə meydana gələn diş və diş əti problemləri körpənin çəkisinin normadan az olmasına gətirib çıxarır”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm