Azərbaycana saxta viza ilə keçmək istəyən əcnəbilər tutuldu
Bizi izləyin

Hadisə

Azərbaycana saxta viza ilə keçmək istəyən əcnəbilər tutuldu

Azərbaycana saxta sənədlə keçmək istəyən şəxslər yaxalanıb.

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları saxtalaşdırılmış sənəd­lərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər.

DSX-nın Mətbuat Mərkəzindən Publika.az-a verilən məlumata görə, 29 yanvar 2016-cı il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli “Dubay-Bakı” avia­rey­si ilə ölkəmizə gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmməd pasportlarında saxta Türkiyə Respublikası vizası və üzər­lərində yapışdırılmamış saxta Avstraliya vizası aşkar olunaraq saxlanılıblar.

Həmin gün 334 nömrəli “İstanbul-Bakı” aviareysi ilə Azərbaycana gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycan Res­pub­likasına məxsus saxta elektron viza olduğu üçün saxlanılıb.

Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qayta­rılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm