İdman
2000 manatlıq limon
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında 20-ci turun oyunlarında baş vermiş olaylarla bağlı qərarlarını açıqlayıb.
Publika.az xəbər verir ki, komitə turun 5 qarşılaşmasından 4-də hüquq pozuntusu aşkarlayıb.
“Neftçi” ilə matçda 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Rəvan” klubu 1000 manat cərimələnib. "Sarı-qırmızılar" 89-cu dəqiqədə Həmid Yasinin kobud oyuna görə birbaşa qırmızı vərəqə alması səbəbindən daha 2000 manat ziyana düşüb, futbolçu isə 2 oyunluq cəzalanıb. 88-ci dəqiqədə “Neftçi”nin futbolçusu Jairo Rodriges ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
“Qarabağ”la matçın 87-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Ruslan Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. 2-ci dəqiqədə “Qarabağ” azarkeşləri tərəfindən meydançaya atılan limon kənar əşya adlandırılıb və klub 2000 manat cərimələnib.
“Zirə” ilə oyunun 61-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Emin Mehdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Kəpəz”lə görüşün 88-ci dəqiqəsində AZAL-ın futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.
Qeyd edək ki, yalnız "İnter" - "Qəbələ" matçı cəzasız ötüşüb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu