Azərbaycanlı futbolçu rəsmən “Domjale”də - FOTOLAR
Bizi izləyin

İdman

Azərbaycanlı futbolçu rəsmən “Domjale”də - FOTOLAR

"Neftçi"dən ayrılan Samir Məsimovun Sloveniyanın "Domjale" klubuna keçidi rəsmiləşib.

Publika.az xəbər verir ki, 20 yaşlı futbolçu Sloveniya təmsilçisiylə 3 illik müqavilə imzalayıb. Bu barədə məlumatı "Domjale"nin rəsmi saytı yayıb. Futbolçu artıq yeni klubunda məşqə də çıxıb.

Xatırladaq ki, "Domjale" Sloveniya çempionatında 3-cü pillədə qərarlaşıb. 22 turdan sonra hesabında 38 xal olan "sarı-göylər" birinci pillədəki "Olimpiya"dan 8 xal geri qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm