Millinin futbolçusu etiraf etdi: 15 yaşlı qızı...
Bizi izləyin

İdman

Millinin futbolçusu etiraf etdi: 15 yaşlı qızı...

"Sandelend"in və İngiltərə millisinin müdafiəçisi Adam Conson azyaşlı qızla cinsi əlaqədə olduğunu boynuna alıb.

Publika.az xəbər verir ki, uşaq istismarında günahlandırılan Conson buna görə məhkəmə qarşısına çıxıb. Məhkəməyə sevgilisi Steysi Flaunderslə birgə gələn Adam, 15 yaşlı qızla cinsi əlaqədə olduğunu etiraf edib. Conson ona qarşı olan digər ittihamları isə rədd edib.

Futbolçu sözügedən məsələylə bağlı ötən ilin mart ayında saxlanmışdı.

Adam Conson 2012-ci ildə "Mançester Siti"dən "Sanderlend"ə 10 milyon funt-sterlinq qarşılığında transfer edilib. 28 yaşlı futbolçu cari mövsümdə 20 oyunda meydana çıxaraq, 2 qola imza atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm