NATO və rus kəşfiyyatı üz-üzə: Türkiyə sərhədi gücləndirilir
Bizi izləyin

Dünya

NATO və rus kəşfiyyatı üz-üzə: Türkiyə sərhədi gücləndirilir

NATO hərbi alyansına üzv ölkələrin müdafiə nazirləri Suriya-Türkiyə sərhədində kəşfiyyat xidmətinin gücləndirilməsi barədə razılığa gəliblər.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Jens Stoltenberq alyansa üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasında deyib.

“Biz Türkiyənin Suriya ilə sərhədində kəşfiyyat xitdmətinin gücləndirmək qərarına gəldik", - Stoltenberq bildirib.

Sözügedən iclasda həmçinin Türkiyə üçün əlavə hərbi təminatların verilməsi razılaşdırılıb. AWACS sistemləri ilə təchiz olunmuş kəşfiyyat təyyarələrinin Türkiyəyə göndərilməsi, hava patrul xidmətinin gücləndirilməsi, Aralıq və Qara dənizlərində NATO donanmasının genişləndirilməsi Türkiyəyə veriləcək əlavə hərbi təminatlara daxildir.

"Türkiyənin təhlükəsizliyi üçün Aralıq və Qara dənizlərində döyüş gəmiləri hazırdır", - NATO-nun baş katibi qeyd edib.

Ekspertlər hesab edir ki, NATO-nun Türkiyə-Suriya sərhədində kəşfiyyat xidmətini gücləndirməsi Suriyanın şimalında Rusiya kəşfiyyatının aktivləşməsinə cavabdır. Məlumata görə, Rusiya 2 yanvar 2016-cı il tarixində Qamışlı, Derik və Dirbesiyedə 3 kəşfiyyat şöbəsi qurub və bu şöbələrin hər birində 28 kəşfiyyat əməkdaşı yerləşdirib. Rusiyanın həmçinin Qamışlıda Bəşər Əsəd rejiminin nəzarətində olan hərbi hava bazasının yaxınlığında 85 nəfərlik bir kəşfiyyat bazası qurduğu bildirilir. Rusların bölgədəki təhlükəsizliyini PYD təmin edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm