II Nikolay, Lenin və Stalinin avtomobilləri nümayiş olunur - FOTOLAR
Bizi izləyin

Avtopublika

II Nikolay, Lenin və Stalinin avtomobilləri nümayiş olunur - FOTOLAR

Moskva şəhərində retro avtomobillərin sərgisi təşkil olunub. Burada üç iri pavilyonda II Nikolay, Lenin və Stalinin maşınları, həmçinin ötən əsrin ən məşhur 200-ə yaxın avtomobili sərgilənir.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə Rusiya prezidentinin avtomobili də ölkənin keçmiş başçılarının avtomobilləri ilə bir sırada dayanır.

Bütün çar ailəsinin gəzdiyi II Nikolaya aid dəbdəbəli kabriolet sərginin əsas eksponatlarından biridir. Ümumilikdə imperator qarajında 54 belə avtomobil olub və onların hamısı inqilabdan sonra bolşeviklərin əlinə keçib.

Sərgidə Lenini gəzdirən bir neçə avtomobil də nümayiş olunub. Proletariatın rəhbərinin miniklə bağlı bəxti gətirmirdi. Onun bir neçə avtomobili qarətçilər tərəfindən oğurlanmışdı. Hətta bir dəfə xuliqanlar Lenini tanımayaraq onun pul kisəsini, sənədlərini götürərək özünü avtomobildən bayıra atmışdılar.

Digər limuzində isə Lenin sui-qəsdə məruz qalıb. Bu hadisədən sonra avtomobil nəinki nəqliyyat, həmçinin birinci şəxsin təhlükəsizliyini təmin etmək üçün vasitə hesab olunub və ölkədə xüsusi təyinatlı qarajın yaradılması ideyası ortaya çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm