İnqilabi YENİLİK: Ölünü dirildəcəklər
Bizi izləyin

Texnoloji

İnqilabi YENİLİK: Ölünü dirildəcəklər

Amerikanın “Bioquark” şirkəti ölü insan beyninin canlandırılmasının mümkün olduğunu sübut etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu haqda “The Daily Mail” nəşri yazıb. Şirkət insan orqanizminin əsas orqanının canlandırılması üçün texnologiyaları hazırlamaq niyyətindədir. Sözügedən ideya ilə şirkətin rəhbəri Ayra Pastor çıxış edib.

Alimlər kliniki sınaqlara başlayacaqlar. Onlar ABŞ və Böyük Britaniyada rəsmən ölü hesab olunan, amma vegetativ vəziyyətdə olan “canlı cəsədlər”dən istifadə edəcəklər.

Artıq kliniki sınaqların birinci mərhələsi üçün icazə alınıb. Tədqiqatçılar kəllə-beyin travmasına görə beyin ölümü vəziyyətinə düşmüş 15-65 yaşlı pasiyentlər qrupu ilə işləyəcəklər. İki-üç ay sonra ilkin nəticələrin əldə olunması gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm