Fuad Abbasov ŞOK FAKTLARI açıqladı: erməni və rusların pərdəarxası təklifləri - FOTOLAR
Bizi izləyin

Nida.az

Fuad Abbasov ŞOK FAKTLARI açıqladı: erməni və rusların pərdəarxası təklifləri - FOTOLAR

“İndiyə qədər Rusiya mediasında Azərbaycana qarşı informasiya savaşını erməni lobbisi tərəfindən təşkil olunur”.

Publika.az xəbər verir ki, bu barədə “İhlas” Xəbər Agentliyinin Moskvadakı keçmiş müxbiri, Rusiya-Türkiyə münasibətləri və Dağlıq Qarabağ məsələsində Rusiya telekanallarında ermənilərlə ciddi mübarizə aparmış Fuad Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya mediasında erməni lobbisinin mövqeyi güclüdür: “Qarabağ məsələsində anti-Azərbaycan münasibət də məhz orada çalışan ermənilərdən qaynaqlanır. Çox maraqlıdır ki, Rusiya-Türkiyə münasibətləri pisləşəndən sonra heç tanınmayan erməni ekspertlər, jurnalistlər ortaya çıxdı və qatı şəkildə Türkiyəyə qarşı hücuma keçdi. Onlar məni məhz Türkiyəni müdafiə etdiyim üçün qəbul etmirdilər”.

F. Abbasov qeyd edib ki, “dördgünlük müharibə”dən sonra onu yenidən verilişlərə dəvət ediblər.

“Lakin pərdəarxasında mənə bildirdilər ki, səni bura Türkiyəni təmsil edən jurnalist olaraq dəvət edirik. Burada Azərbaycanın mövqeyini müdafiə etməməlisən. Lakin mən Rusiyanın birinci kanalındakı verilişdə açıq şəkildə Azərbaycanın haqq mübarizəsini müdafiə etdim. Amma verilişin aparıcısı Aleksandr Qordon efirdə mənə yaxınlaşaraq bildirdi ki, sən burda Türkiyəni təmsil edirsən, əgər Azərbaycanı müdafiə edəcəksənsə, gedə bilərsən. Sonradan həmin kadrları montaj edərək çıxardılar. Çünki Rusiyanın belə mövqe sərgilədiyini gizlədirlər”, - deyə o bildirib.

F. Abbasov bildirib ki, “dördgünlük müharibə” zamanı Rusiyada yaşayan azərbaycanlılardan heç kimi görməyib: “Sonradan Heydər Camalı gördüm və bir qədər ürəkləndim. Amma o da yaşından və orada tutduğu mövqedən irəli gələrək, Azərbaycanı elə o qədər müdafiə etdi. Mən hər kəsin Azərbaycana qarşı hücumuna təkbaşına çıxdım və verilişdə bir qədər sərt danışdım. Bu zaman rusiyalı jurnalist mənə “sən tərbiyəsizsən, səni bir daha verilişlərə gəlməyə qoymayacağıq” deyə bildirdi. Sonradan məni verilişə dəvət edəndə ultimativ şəkilində bildirdim ki, mənimlə birlikdə hansısa azərbaycanlı, yaxud türk jurnalist olmasa, gəlməkdən imtina edəcəm. Onlar sonda məcbur olaraq mənə bildirdilər ki, bizə siyahı ver və oradan bir neçəsini seçək. Mən siyahını verdim və ora məndən başqa iki nəfəri dəvət etdilər. Biz həmin verilişdə ciddi şəkildə Azərbaycanı müdafiə etdik. Lakin verilişdə fikirlərimizin 90 faizi kəsilib. “Youtube”də axtarsanız həmin verilişin yan otaqdan telefonla çəkilmiş formatını tapa bilərsiniz. Orada hər şeyi görəcəksiniz”.

Azərbaycanlı jurnalist qeyd edib ki, Rusiyada lobbiçiliyimiz zəifdir.

“Azərbaycanı Rusiyada təmsil edən təşkilatlar ciddi iş görmür. Bəzən onlar arasında elə ixtilaflar gündəmə gəlir ki, mən utanıram. Məhz lobbiçiliyimizin zəifliyinə görə, “dördgünlük müharibə” zamanı Rusiya mediasında erməni lobbisinə məğlub olduq. Həmin vaxt Azərbaycandan bir çox mütəxəssis mənimlə əlaqə saxlayaraq, həmin proqramlara düşmək üçün kömək istədilər. Mən nə qədər çalışsam da, rusları razı sala bilmədim. Sonda Rusiyada Azərbaycanı müdafiə edən politoloq Oleq Kuznetsovun dəvət edilməsini təklif etdim. Amma qatıldığım proqrama onun dəvət edilməməsi hər şeyi ortaya çıxardı”, - deyə o bildirib.

F. Abbasov bildirib ki, Rusiya mediasında Azərbaycan lobbiçiliyi qurulmalıdır: “Orada savadlı politoloqlarımız çıxış etməlidir. Mən Türkiyə və Azərbaycanı bir çox verilişdə müdafiə etdim. Amma sonradan verilişlərə baxanda öz işimdən tam razı qalmadım”.

Abbasov “İhlas” Xəbər Agentliyindən çıxarılması haqda da danışıb.

“Mən işdən çıxarılmağımın səbəbini indiyə qədər bilmirəm. Hesab edirəm ki, bu, mənim Dağlıq Qarabağla bağlı mövqeyimdən irəli gəlir. Lakin düşünmürəm ki, mən məhz rusların şikayəti əsasında çıxarılmışam. Çünki ruslar başqa yollarla da mənim yolumu kəsə bilərdilər. Fikrimcə, Rusiyadakı erməni lobbisinin işidir. Çünki “İhlas” agentliyinin direktoru uzun müddət Rusiyada yaşayıb və jurnalist fəaliyyəti göstərib. O, ABŞ vətəndaşıdır. Lakin güman ki, onun erməni lobbisi ilə əlaqələri var və bu əlaqələr mənim işdən çıxarılmağıma səbəb olub”, - deyə F. Abbasov qeyd edib.

Azərbaycanlı jurnalist yenidən Moskvaya qayıdacağını açıqlayıb. Qeyd edib ki, informasiya savaşında sona qədər Azərbaycanı müdafiə edəcək: “Türkiyədən iş dəvətləri var, amma mən bir qədər incikliyə görə ora getmirəm. Mən öz enerjimi Azərbaycanın müdafiəsinə sərf etmək istəyirəm. Bu məsələdə Azərbaycan dövlətindən dəstək gözləyirəm. Az da olsa dövlət dəstəyinin olması lazımdır. Çünki informasiya savaşında məğlub olmamalıyıq. Oradakı diasporumuz bu işi faktiki olaraq sona qədər edə bilmir. İnformasiya cəbhəsindəki məğlubiyyət digər cəbhələrdən daha vacibdir”.

Asif Nərimanlı

Fotolar Elçin Muradındır

https://ssl.gstatic.com/ui/v1/icons/mail/images/cleardot.gif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm